Tbilisi Azərbaycan Dövlət Dram Teatrında yeni tamaşanın təqdimatı olub - FOTOLAR

  • By admin
  • 16 Oktyabr 2017 22:29

4-1

Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı fransız yazıçısı Jan Koktonun “Fəryad edənin səsi” əsəri əsasında hazırlanmış yeni tamaşanı təqdim edib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, tamaşadan öncə çıxış edən teatrın bədii rəhbəri Varlam Nikoladze Gürcüstan Dövlət Pantomim Teatrının rəhbərliyinə tamaşanın nümayiş etdirilməsi üçün yaratdığı şəraitə görə təşəkkür edib. Onun sözlərinə görə, Azərbaycan teatrının binası qəzalı vəziyyətdə olduğundan tamaşalarını Pantomim teatrında tamaşaçılara təqdim edəcək.

Rejissoru Davit Nikoladzenin olduğu tamaşada iki aktyor – Leyla Qasımova və Anar Hümbətov oynayıblar. Tamaşa sevgilisinin ona qarşı xəyanət və biganəliyindən şikayətlənən, lakin bu vəziyyətlə barışmış qadının monoloqundan ibarətdir.

Mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və azərbaycanlı gənclər tamaşanı maraqla qarşılayıb.

2-1

 

3-1

 

4-1

Gununsesi.info