Tbilisi meri vəzifəsinə növbəti namizəd məlum olub

  • By admin
  • 04 Sentyabr 2017 19:25

giorgi-vashadze
“Yeni Gürcüstan” müxalif partiyasının lideri Giorgi Vaşadzenin paytaxt Tbilisi meri vəzifəsinə namizədliyi irəli sürülüb.

APA-nın yerli bürosunun məlumatına əsasən, G. Vaşadzenin seçki kampaniyası “Uğur naminə dəyiş” şüarı altında keçiriləcək. Bununla Tbilisi meri vəzifəsinə namizədlərin sayı səkkizə çatıb.

Qeyd edək ki, Tbilisi meri postuna hakim Gürcü Arzusu Partiyası keçmiş energetika naziri Kaxa Kaladzenin, müxalif Vahid Milli Hərəkat Partiyası jurnalist Zaal Udumaşvilinin, müxalif Avropalı Gürcüstan Partiyası Yelene Xoştariyanın və Quruculuq Hərəkatı Partiyası Tengiz Şerqelaşvilinin, Vətənpərvərlər Alyansı Partiyası isə parlamentin vitse-spikeri İrma İnaşvilinin və Demokratik Hərəkat və Azad Gürcüstan partiyaları Kaxa Kukavanın namizədliyini irəli sürüb.

Oktyabrın 21-də keçiriləcək seçkilərdə müstəqil namizəd Aleko Elisaşvili də mübarizə aparacaq.

Gununsesi.info