Tbilisi meri xəstəxanaya yerləşdirildi

  • By admin
  • 26 Mart 2021 23:57

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeyə vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu qoyulub.

Gununsesi.info  Gürcüstan mətbuatına əsasən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazı yazıb.

Mer klinikalardan birində müayinə olunduğunu bildirib: “Distant rejimdə işləyirəm və müalicəmi davam etdirirəm. Görüşənədək”.

Qeyd edək ki, son günlər Tbilisi meri ictimaiyyət qarşısında görünmürdü.

Gununsesi.info