Tbilisi prospektində qətl törədilib

Bu gün saat 14 radələrində Yasamal rayonu ərazisində qətl törədilib.

Gununsesi.info rayon prokurorluğuna istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə məlumat daxil olub.

Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində  bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

 

 

Gununsesi.info