Tbilisidə ailə faciəsi: Üç nəfər 22-ci mərtəbədən yıxılaraq ölüb

Tbilisinin İsani rayonundakı Navtluqi küçəsində eyni ailənin üzvləri olduğu güman edilən üç nəfərin meyiti tapılıb.

Gununsesi.info “Pirveli” telekanalına istinadən xəbər verir ki, onların ölümünə səbəb yaşayış binasının 22-ci mərtəbəsindən yıxılmaları olub.

Ölənlər arasında bir uşaq və iki böyük var. Onların Tbilisidə mənzil kirayələyən əcnəbilər olduğu bildirilir.

Hazırda ölkənin Daxili İşlər Nazirliyi intihar ehtimalını araşdırır.

 

 

Gununsesi.info