
Gürcüstanın paytaxtı Tbilisidə daha iki nəfər polis tərəfindən saxlanılıb.
Gununsesi.info xəbər verir ki, onlar mayın 14-də onlar “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən mitinqdə iğtişaş törətməkdə ittiham olunur.
Saxlanılanlardan birinin 18 digərinin isə 23 yaşı var. Onlardan biri əvvəllər də məhkum olunub.
Bildirilir ki, onlar aksiya zamanı Gürcüstan parlamentinin mərkəzi girişində quraşdırılmış metal hasarları qəsdən zədələyiblər. Onların yanında başqa adamlar da olub, departament əlavə edib.
Həmin şəxslərin müəyyən edilərək tutulması istiqamətində Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi – bir qrup şəxs tərəfindən əşyaya ziyan vurma ilə cinayət işi başlanıb. Bu cinayət 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Gürcüstanda xarici agentlər haqqında qanuna etirazlar bir aydan çoxdur davam edir. Etirazlar tez-tez polislə toqquşmalar fonunda keçirilir və nümayişçilərə qarşı xüsusi təyinatlılar yerləşdirilir.
Ümumilikdə 150-dən çox etirazçı inzibati qaydada saxlanılıb. Mülkiyyətə ziyan vurma və polis əməkdaşlarına hücum edən cinayət işlərində isə 9 nəfər var.
Şəbnəm
Gununsesi.info