Tbilisidə Azərbaycanın Bayraq Gününə həsr olunmuş fləşmob keçirilib

  • By ilhame
  • 09 Noyabr 2023 19:10

Gürcüstanın paytaxtı Tbilisi şəhərində 9 Noyabr – Bayraq Gününə həsr olunmuş fləşmob keçirilib.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, aksiya Azərbaycanlı Tələbə və Məzunlar Platformasının (ASAP) təşəbbüsü və M.F Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi ilə baş tutub.

Fləşmobda Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Tbilisidə fəaliyyət göstərən “Şərq Tərədaşlığı Məktəbi”nin azərbaycanlı tələbələri, Gürcüstan ali məktəblərində təhsil alan soydaşlarımız, eləcə də ictimai fəal gənclər iştirak ediblər.

Əllərində Azərbaycan və Gürcüstanın bayraqlarını tutan gənclər Tbilisinin mərkəzi küçələrindən keçərək Azərbaycan səfirliyinə qədər yürüş ediblər.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!” və s. şüarlar səsləndirib Qarabağa aid mahnılar oxuyublar.

Tədbir paytaxt sakinlərinin marağına səbəb olub.

Gununsesi.info