Tbilisidə bomba həyəcanı- MİNLƏRLƏ İNSAN TƏXLİYYƏ EDİLDİ

Tbilisidə bomba həyəcanı

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin beynəlxalq hava limanı təxliyyə edilib.

Gununsesi.info xəbər verir ki, buna səbəb hava limanında partlayıcı qurğunun olması ilə bağlı “112” nömrəsinə daxil olan zəngdir.

Daxili İşlər Nazirliyi hava limanına gedən avtomobil yollarını bağlayıb.

Məlumata görə, təxliyə ilə bağlı bir neçə reyslər təxirə salınıb.

Təxliyə olunmuş sərnişinlər hava limanına yaxın ərazidədir. Polis əməkdaşları hava limanında, uçuş zolaqları və terminallarda axtarış aparırlar.

Gununsesi.info

 

COMMENTS