Tbilisidə ermənilərin təxribat cəhdi

  • By admin
  • 18 Sentyabr 2022 14:17

Tbilisidə ermənilərin təxribat cəhdi baş tutmayıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüşə etmək istəyiblər.

Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq mühafizə orqanı əməkdaşları cəlb edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Gununsesi.info