Tbilisidə etiraz aksiyası bərpa olunub

  • By admin
  • 26 Noyabr 2019 20:25

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası bərpa olunub.

Gununsesi.org reporta-a istinadən xəbər verir ki, etirazçıların tələbi dəyişməz olaraq qalıb.

Aksiyaçılar seçkilərin proporsional sistem üzrə keçirilməsini tələb edirlər.

Təşkilatçılar bildiriblər ki, bugünkü aksiyada parlamentin binası bloklanmayacaq, belə ki, sabah qanunverici orqanın iclası keçirilməyəcək.

Parlamentin binasının girişlərinə polis əməkdaşları səfərbər olunub.

 

Gununsesi.org