Tbilisidə etirazçılar Rustaveli prospektində toplaşır

  • By Günel
  • 04 Dekabr 2024 21:03

Gürcüstan parlamentinin binası yaxınlığında toplaşan etirazçılar artıq Gürcüstan paytaxtının mərkəzi prospektini bağlayıblar.

Gununsesi.info xəbər verir ki, toplananların Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırdığı bildirilir.

Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər edilib.

Gürcüstan hökumətinin qərarından narazı olan vətəndaşlar artıq yeddinci gündür ki, etiraz aksiyaları keçirirlər.

Gununsesi.info