Tbilisidə müxalifət lideri soydaşımıza hücum etdi - VİDEO - FOTOLAR

  • By Günel
  • 05 Dekabr 2024 08:34

Tbilisidə müxalif “Vətəndaşlar” partiyasının rəhbəri Aleko Elisaşvili Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevə hücum edib döydüyünə görə həbs edilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.

Hadisə dekabrın 2-də baş verib. Ə. Babayev aptekdə olarkən siyasi şüarlar səsləndirən A. Elisaşvili ona hücum edib.

Nəticədə soydaşımız xəstəxanaya yerləşdirilib, sonradan evə buraxılıb.

Məlumata görə, müxalifətçini üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Hadisənin görüntülərini təqdim edirik:

Fotoda Əli Babayev

Fotoda Aleko Elisaşvili

Gununsesi.info