Tbilisidə 4 azərbaycanlı saxlanıldı

  • By admin
  • 10 Noyabr 2017 11:11
Bu gün səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində 2 qadın və 2 kişi olmaqla, 4 nəfər saxlanılıb. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirlər.
DİN faktla bağlı istintaq aparır.
Qeyd edək ki, son aylar Poniçalada keçirilmiş xüsusi əməliyyatlar zamanı 30 nəfərə yaxın şəxs saxlanılıb.

Gununsesi.info