Tbilisidə üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 şar havaya buraxıldı

  • By admin
  • 09 Noyabr 2021 14:47

Tbilisidə 8 Noyabr – Zəfər Günü münasibətilə daha iki fləşmob baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, ilk olaraq Azərbaycan bayraqları ilə bəzədilmiş üç gəzinti kateri Kür çayı boyunca hərəkət edib.

 

“Sülh körpü”sündən hərəkətə başlayan katerlər Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının yerləşdiyi əraziyə yaxınlaşanda üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 ədəd şar havaya buraxılıb. Fləşmob Tbilisi sakinləri və şəhərin qonaqlarının diqqətini cəlb edib.

Axşam saatlarında isə Tbilisinin mərkəzi Rike parkında “Air Baloon Tbilisi” adlı böyük hava şarı Azərbaycan bayrağı və Zəfər rəmzi sayılan Xarı bülbülün təsvirləri ilə işıqlandırılıb.

Aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyi və Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

 

Tbilisidə üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 ədəd şar havaya buraxılıb (FOTO) - Gallery ImageTbilisidə üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 ədəd şar havaya buraxılıb (FOTO) - Gallery ImageTbilisidə üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 ədəd şar havaya buraxılıb (FOTO) - Gallery ImageTbilisidə üzərində Azərbaycan bayrağı təsvir olunmuş 600 ədəd şar havaya buraxılıb (FOTO) - Gallery Image

Gununsesi.info