Tbilisinin mərkəzində məşhur mehmanxana yanır - VİDEO

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində “Ambassador” hotelinin binasının sonuncu mərtəbəsində yanğın baş verib.

Hazırda yanğın binanın damı və yuxarı mərtəbələrinə yayılır.

HTML tutorial

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb ediliblər.

İlkin məlumatlara görə, bütün qonaqlar və hotel işçiləri təxliyə ediliblər. Zərərçəkənlər barədə məlumat yoxdur.

Yanğının səbəbləri araşdırılır.

Gununsesi.info