Tbilisiyə səfər edən Paşinyana köpək hədiyyə etdilər – ƏNƏNƏ POZULDU, BİRGƏ BƏYANAT OLMADI, SƏNƏDLƏR İMZALANMADI

  • By admin
  • 06 Mart 2020 11:18

Ermənistan baş naziri Nikol Paşinyan martın 3-4-də Gürcüstana rəsmi səfər edib. O və başçılıq etdiyi nümayəndə heyəti bütün Gürcüstan isteblişmenti ilə – baş nazir Georgi Qaxariya, Prezident Salome Zurabişvili, parlamentin spikeri Arçil Talakvadze, Gürcüstan katolikos-patriarxı II İlya və xarici işlər naziri David Zalkaliani ilə görüşlər keçirib.

Bu dəfə rəsmi səfər statusu ənənəsi pozulub: tərəflər ikitərəfli sənədlər imzalamayıblar, razılaşmalarını və baxışlarını birgə bəyanatla rəsmiləşdirməyiblər.

Səfərin son saatlarında baş nazir Qaxariya Paşinyana Qafqaz çoban itinin küçüyünü hədiyyə edərək deyib: “Bu, Gürcüstanın özününki kimi sizə verə biləcəyi şeydir”.

İkitərəfli sazişlərin olmaması tərəflərin diqqəti təkcə Qafqaz faunası üzərində cəmləşdirməsi demək deyil. Paşinyan bildirib ki, gürcü həmkarı  ilə nəqliyyat, energetika, telekommunikasiya, təhsil, elm və regional təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Gununsesi.org