TBMM dövlət çevrilişinə cəhdlə bağlı təcili toplaşır

  • By admin
  • 16 İyul 2016 11:03

Milli meclis

 

 

 

 

 

 

 

 

 

 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) təcili toplantısı çağrılıb. Toplantıda TBMM-də partiyaların liderləri çıxış edəcək. Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, TBMM-nin təcili toplantısı bu gün saat 14.00-da başlayacaq.

TBBM sədri İsmail Kahraman deyib ki, iclasda üç partiya lideri çıxış edəcək. “Onlar AKP sədri Binəli Yıldırım, CHP lideri Kamal Kılıcdarolğu, və MHP lideri Dövlət Baxçalı çıxış edəcək. Onlarla artıq telefonla danışmışam və vəziyyəti müzakirə etdik. Qərara aldıq ki, bu gün təcili toplanaq. Odur ki, saat 14.00-da toplanacağıq”- deyə spiker vurğulayıb.

 

Gununsesi.info