“Xocalıya ədalət” Türkiyə olaraq bizim də şüarımızdır.
Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Katibi Talıb Uzun bildirib.
Baş katib deyib ki, əslən Türkiyənin Sarıqamış bölgəsindəndir və vaxtilə onun yaxın qohumları da ermənilər tərəfindən soyqırıma məruz qalıb:
“Osmanlı dönəmində bizim o coğrafiyada eyni Xocalıdakı kimi Qarsda, Ərzurumda, İğdırda, Bitlisdə, Sarıqamışda erməni silahlıları ata tərəfdən bütün nəslimi qətlə yetiriblər. Təsadüfən atamın babası başqa bir kəndə gedib, yalnız o sağ qalıb. Ona görə də mən Xocalı soyqırımını anma tədbirində çox duyğusal anlar yaşadım”.
Talıb Uzun TBMM sədri Numan Kurtulmuşun bu tədbirin təşkilində birbaşa təlimatının olduğunu vurğulayıb.
Gununsesi.info