TBMM-in sabiq sədri və eks müdafiə naziri Sezgin dünyasını dəyişdi

  • By admin
  • 08 Dekabr 2016 00:25

ismet-sezgin-3

 Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq sədri İsmət Sezgin 88 yaşında vəfat edib.

Gununsesi.info  “Anadolu” agentliyinə istinadən verdiyi xəbər verir ki, Gülhane Hərbi Tibb Akademiyasında ürək çatışmazlığı ilə əlaqədar müalicə alan  İ.Sezgin bu gün axşam saatlarında dünyasını dəyişib.

1928-ci ildə Türkiyənin Aydın şəhərində anadan olan və ötən əsrin 50-ci illərində Demokrat Partiyasının üzvü kimi siyasətə atılan İsmət Sezgin müxtəlif vaxtlarda TBMM-nin sədri və Türkiyənin baş nazirinin müavini, həmçinin maliyyə, müdafiə naziri vəzifələrində çalışıb.

Gununsesi.info