TBMM üzvü: “ABŞ müttəfiqini satdı, Talibanla anlaşdı” – VİDEO

  • By admin
  • 19 Avqust 2021 12:32

“Bir sel dalğası gəlirdi. Amerika da bunun qarşısını almağın mümkün olmadığını anladı və  o zamana qədər müttəfiqim dediyi hökuməti sataraq Talibanla anlaşdı”.  

Gununsesi.info xəbər verir ki, bunu MediaTürk TV-yə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, AKP millət vəkili Orhan Atalay deyib.

Türkiyənin  Əfqanıstanla səmimi, tarixi köklərə, dostluq və qardaşlığa dayanan bir əlaqələrə sahib olduğunu deyən millət vəkili  ölkəsinin Azərbaycanla olduğu kimi  Əfqanıstanla bağlı da  başlıca gözləntilərinin  bu ölkədə qısa zamanda sülh və əmin-amanlığın təmin olunmasıdır:

“Türkiyənin təməl prinsipi budur. Türkiyə indiyə qədər Əfqanıstanda heç bir kəsimin yanında, digərinin qarşısında olmadı. Türk əsgəri nə vaxt Əfqanıstana getdisə o torpaqlarda ən rahat dolaşan əsgərlər bizim əsgərlər oldu.  Çünki Türkiyənin orada pis bir niyyət güdmədiyini, başlıca məqsədinin əfqan qardaşlarının daha az acı çəkib bir an öncə sülhə nail olmaları olduğunu bütün əfqan xalqı illərdir bilir. Sovetlər Əfqanıstanı işğal etdiyi ilk illərdən  oradan çıxıb gedənə qədər  əfqanların sıralarında türkiyədən gedən çox sayda mücahid vardı. İstər hökumət üzvləri olsun, istərsə də xalq olaraq bizim  Əfqanıstanla bağlı başlıca məqsədimiz bir an öncə bu ölkədə sülh və sabitliyin təminatıdır. Bu sülh və sabitliyi kim təmin edirsə etsin,  həmin sərhədlər çərçivəsində qaldığı, xalqına zülm etmədiyi, xalqının rifahı üçün çalışdığı müddətcə Türkiyə onlara hər cür dəstəyi verməyə hazırdır. Türkiyə  Cümhuriyyəti azərbaycanlı qardaşlarına yardım əlini necə uzatdısa əfqan qardaşlarına da yardım əlini uzadacaq”.

Orhan Atalay türkiyəli və azərbaycanlı sülhməramlıların da hələlik Əfqanıstanda qalmasını məqsədəuyğun hesab edir.

Onun sözlərinə görə, əfqanlar  “bizim sizə ehtiyacımız var” deyir.  Nə zaman istəmədiklərini söylərlərsə, türk hərbçiləri də o zaman bu ölkədən çıxarılacaq.

Gununsesi.info