Türk Dünyası Təşkilatının (TDT) Zirvə görüşü Azərbaycan üçün bir neçə strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Buraya Regional həmrəylik və siyasi dəstək, iqtisadi və nəqliyyat əməkdaşlığı, enerji təhlükəsizliyi, o cümlədən mədəni və humanitar əməkdaşlığı da aid etmək olar.
Zirvə görüşləri Azərbaycan üçün türk dövlətlərinin vahid mövqeyini ifadə etmək, birlik nümayiş elətdirmək və beynəlxalq müstəvidə güclənmək imkanı yaradır.
Məsələn, Türk dövlətləri arasında ticarət həcminin artırılması Azərbaycanın ixrac və enerji strategiyası ilə üst-üstə düşür.
O cümlədən Azərbaycan qaz və enerji resurslarını Mərkəzi Asiya ölkələri ilə birləşdirərək Avropaya çıxışda əsas körpü rolunu oynayır. Zirvə görüşü enerji layihələrində koordinasiya üçün vacibdir.
Üstəlik, geosiyasi əhəmiyyətdən danışsaq, Azərbaycan üçün TDT böyük güclərin regiondakı təsir balansında əhəmiyyətli alternativdir. Bu birlik vasitəsilə Bakı həm Qərb, həm də Şərq gücləri qarşısında manevr imkanlarını artırır.
Bir sözlə, Zirvə görüşü Azərbaycan üçün sadəcə diplomatik tədbir deyil, həm iqtisadi, həm geosiyasi, həm də mədəni gücünü artıran çoxşaxəli platformadır.
Elmar













