
Türk Dövlətləri Təşkilatının Baş katibi Kuban Omurali Azərbaycana səfərə gəlib.
Gununsesi.info bildirir ki, bu barədə qurumun saytında məlumat verilib.
O, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə iştirak edir.
Baş katibin Azərbaycanda yüksək səviyyəli rəsmilər və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü gözlənilir.
Gununsesi.info