![](https://www.gununsesi.info/wp-content/uploads/2024/07/d0f58f66-e2f6-3b95-8559-d1519d216a04_850.jpg)
Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin hesabına iki milyon ABŞ dolları məbləğində vəsait köçürdüyünə görə Azərbaycana təşəkkür edirəm.
Gununsesi.info xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilatın dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.
O bildirib ki, TDT ölkələri bu gün mühüm sənədlərə imza atacaqlar: “Qardaş Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə ürəkdən təbrik edirəm”.
Gununsesi.info