TDT ölkələri kosmosda əməkdaşlıq edəcəklər

  • By Günel
  • 06 Noyabr 2024 09:03

“Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iqtisadi inteqrasiya, təhlükəsizlik və kosmosda əməkdaşlıq məsələləri müzakirə olunacaq”.

Gununsesi.info xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyev bildirib.

O qeyd edib ki, görüşün yekunu olaraq 15 sənədin imzalanması planlaşdırılır:

“Bugünkü sammitdə əsas müzakirə mövzuları təşkilatın ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, təşkilatın gələcəyi və TDT çərçivəsində təhlükəsizlik olacaq. Sammitin yekunları üzrə kosmosda əməkdaşlıq daxil olmaqla 15 sənədin imzalanması planlaşdırılır”.

Gununsesi.info