Türk Dövlətləri Təşkilatı 15 iyun Qurtuluş Günü ilə bağlı paylaşım edib.
Gununsesi.info xəbər verir ki, TDT-nin “Twitter” səhifəsindəki paylaşımda ümummilli liderin xatirəsi anılıb:
“15 İyun – Azərbaycanın Milli Qurtuluş Günü münasibəti ilə Azərbaycan hökumətinə və onun qardaş xalqına səmimi təbriklərimizi çatdırır, ölkənin Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiram və rəhmətlə yad edirik”.
Gununsesi.info