Teatrda partlayış baş verib - İNSANLAR TƏXLİYYƏ EDİLİB

  • By admin
  • 14 Fevral 2018 09:05

Böyük Britaniyanın Birmingem şəhərində yerləşən Birmingem Repertuar Teatrında partlayış baş verib.

Gununsesi.info xəbər verir ki, partlayışa səbəb texniki nasazlıq səbəb olub. Partlayışdan dərhal sonra teatrdakı insanlar təxliyə edilib, xəsarət alan olmayıb.

“Biz təsdiq edirik ki, bugün texniki nasazlıq səbəbindən partlayış baş verib və teatr ehtiyat tədbirləri kimi təxliyə edilib. Mənuniyyətlə bildirmək istəyirik ki, xəsarət alan olmayıb”, – Uest-Midlends polisi Twitter hesabında yazıb.

Gununsesi.info