Teatrdakı yoxlamalarla bağlı mətbuat kofransı keçiriləcək

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparmaqda davam edir.

Gununsesi.info xəbər verir ki, bu barədə sözügedən teatrın mətbuat katibi Həmidə Rüstəmova bildirib.

HTML tutorial

Onun sözlərinə görə, yoxlamalar teatrın gündəlik işinə mane olmayıb:

“Cari tamaşalarlar oynanılır, yeni tamaşalarımızın məşqləri öz tempində davam edir”.

H. Rüstəmova bildirib ki, yoxlamalar bitdikdən sonra bununla bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, noyabrın 21-dən Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır.

Gununsesi.info