TƏBİB-ə tabeli 45 tibb müəssisəsinin keyfiyyətə nəzarət mütəxəssisləri üçün “ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri Standartı” təlimi təşkil olunub.
Gununsesi.info xəbər verir ki, təlim TƏBİB-in Təlim və tədqiqatlar departamentinin və Azərbaycan Təlim və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Respublika Pediatriya Mərkəzində təşkil edilib.
Təlimdə Respublika Pediatriya Mərkəzinin direktoru Azər Əhmədov, TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Keyfiyyətin idarəolunması şöbəsinin müdiri Xanım Məlikova, Azərbaycan Təlim və İnkişaf Mərkəzinin rəhbəri Əziz Feyzullayev və TƏBİB-in Təlim və tədqiqatlar departamentinin Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin əməkdaşı Şəbnəm Qurbanova iştirak ediblər.
Təlim və İnkişaf Mərkəzinin keyfiyyət üzrə mütəxəssisi, təlimçi Elnar Alıyev İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemləri Standartı haqqında biliklərini bölüşüb.
Təlim iştirakçıların sual-cavab sessiyası ilə yekunlaşıb.
Gununsesi.info