Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.
Gununsesi.info -nun Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ürəktutmadan vəfat edib.
Xəbəri sayta onun duet ortağı Firuzə İbadova təsdiqləyib.
Qeyd edək ki, Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olub. O, sənətə gəldiyi ilk vaxtlarda qarmon ifaçısı olsa da, sonradan müğənnilik etməyə başlayıb.
C.Məmmədov 2005-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
***
TƏBİB-dən Gununsesi.info –ya bildirilib ki, əməkdar artist Cavanşir Məmmədovla bağlı 20.04.2024-cü il tarixində saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub.
Ünvanda həkiməqədər ölüm qeydə alınıb.