TƏBİB Vüqar Qurbanovla bağlı məlumat yaydı

  • By Admin2
  • 16 Fevral 2026 15:04

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsi Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edildiyini təsdiqləyib. 

Gununsesi.info xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.

Gununsesi.info