Tehran Ermənistanın dəmiryolunundan imtina etdi

  • By admin
  • 12 Yanvar 2017 13:34
demiryolu
İran Ermənistan dəmiryolunu tikməkdən imtina etdi. Nəticədə Ermənistan-İran dəmiryolunun tikintisi ilə əlaqədar olaraq Nəqliyyat, Rabitə və Texnologiyalar Nazirliyi tərkibində fəaliyyət göstərən Nümayəndəlik bağlanacaq.
Gununsesi.infonews.am”-a istinadən xəbər verir ki, Ermənistan-İran dəmiryolunun tikintisi ilə bağlı yaradılan xüsusi nümayəndəlik  Ermənistan hökumətinin 12 yanvar qəaraı ilə bağlanacaq.
 Dəmiryolunun tikintisi ilə bağlı fəaliyyət göstərən nümayəndəliyin bağlanmasına səbəb  yolun tikintisinə lazımi sərmayənin tapılmaması, həmçinin İranın bu layihəni maliyyələşdirməməsidir.  Ermənistan hökumətinin nə özünün gücü çatır belə bir layihəni resllaşdırmağa, nə də ki, hansısa bir investor tapa bilmir.
 Ermənistanın Nəqliyyat Nazirliyinin təmsilçiləri bildiriblər ki, dəmiryolunun çəkilməsi ilə müxtəlif inestorlarla danışıqlar aparılır, nacaq nəticə yoxdur.  İrəvan Dubayda  “Rasia” şirkəti ilə danışıqlara başlasa da, şirkət  qeyri-müəyyən müddətə danışıqları uzadır.
Nümayəndəliyin bağlanması nəticəsind isə 13 nəfər işini itirməli olacaq.
Gununsesi.info