Tehran Gorus-Qafan yolunda saxlanılan iranlı sürücülərin azad edilməsini tələb edir

  • By admin
  • 20 Sentyabr 2021 21:57

İran sürücülərin dərhal buraxılmasını, eləcə də məsələnin həllindən ötrü rəsmi şəxslərlə görüş tələb edir

 

İran Azərbaycan tərəfin saxladığı yük maşını sürücülərini buraxdırmağa çalışır.

Gununsesi.info bildirir ki, bu haqda İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Səid Xətibzadə açıqlama verib.

Onun sözlərinə görə, İran sürücülərin dərhal buraxılmasını, eləcə də məsələnin həllindən ötrü rəsmi şəxslərlə görüş tələb edir.

Sentyabrın 12-dən Azərbaycan polisi Gorus-Qafan yolunun onun nəzarətində olan Eyvazlı hissəsində (Ermənistanın Vorotan kəndi yaxınlığında) İran nömrəli yük maşınlarını dayandırmağa, sənədlərini yoxlamağa başlayıb. Azərbaycan Dövlət Gömrük Komitəsi İran maşınlarından rüsum alınmasının ölkə qanunvericiliyinə uyğun olduğunu bildirib. İki sürücünün saxlanması isə onların Azərbaycan ərazisinə qanunsuz yollarla girməsilə izah olunub.

İran XİN-in təmsilçisi qonşu ölkələrin ərazi bütövlüyünün Tehran üçün prioritet olduğunu vurğulayıb.

Gununsesi.info