Tehran Mənsimov təltif edildi - İCTİMAİ ÇAĞIRIŞLAR EŞİDİLDİ

  • By admin
  • 15 Dekabr 2020 20:14

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Gununsesi.info xəbər verir ki, təltif olunanlar arasında polkovnik Mənsimov Tehran da var.

Mənsimov Tehran Cavid oğlu “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Qeyd edək ki, ötən həftə təltif olunan hərbçilər arasında Tehran Mənsimovun adı yox idi.

Bu isə  vətəndaşlarda suallar yaratmışdı. Belə ki, onun qəhrəmanlıqları haqqında çoxsaylı faktları sadalayan insanlar Şuşanın azad olunmasında müstəsna  xidməti olan komandirin təltif olunması üçün çağırışlar edirdi.

 

Gununsesi.info