Tehran Polisi Azərbaycan səfirliyinə hücuma reaksiya verdi - VİDEO

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Tasnim” agentliyinə Tehran Polisinin rəisi Sərdar Hüseyn Rəhimi məlumat verib.

HTML tutorial

Onun sözlərinə görə, Azərbaycan səfirliyi bu barədə məlumatlandırılıb.

“Bu şəxs Azərbaycan səfirliyinə odlu silahla daxil olub. Bu gün səhər saatlarında olan hadisədə bir nəfər ölüb, iki nəfər yaralanıb. Hücum edən şəxs dərhal həbs edilib və onun barəsində istintaq davam edir”, – deyə o söyləyib.

Polis rəisinin iddiasına görə, həmin şəxsin iki azyaşlı övladı ilə səfirliyə daxil olub və ilkin dindirilmə zamanı motivin şəxsi və ailə problemləri olduğunu bildirib.

Gununsesi.info