Tehranda Ali Məhkəmənin hakimləri güllələndi -Ölənlər var

Tehran Ədliyyə Sarayının qarşısında atışma olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Tehranda Ali Məhkəmənin üç hakiminə silahlı hücum edilib, onlardan ikisi öldürülüb.
Hakimlərdən biri isə yaralanıb.
Məlumata görə, hücum edən şəxs sonra intihar edib.