
İranın Tehran vilayətinin Vəhidiyyə qəsəbəsində üçmərtəbəli binada baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 9 nəfər yaralanıb.
Modern.az-ın məlumatına görə, bunu Tehran vilayəti Qırmızı Aypara Cəmiyyətinin direktoru Şahin Fəthi deyib.
Ş.Fəthinin sözlərinə görə, hadisə baş verdiyi ilk saatda 3 nəfər binanı tərk edib, 6 nəfər uçqunlar altından sağ çıxarılıb.
Xilasetmə əməliyyatı 11 saat davam edib.
Hadisə qaz sızması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info