Tehranda universitet atəşə tutuldu

  • By admin
  • 08 Yanvar 2023 21:27

İranın paytaxtı Tehran şəhərində naməlum silahlı şəxslər Əllamə Təbatəbai adına universitetə atəş açıblar.

Gununsesi.info yerli mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər yaralanıb.

Hücum edən şəxslər hadisə yerindən qaçıblar. Zərərçəkən xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, İranda ötən ilin sentyabr ayından başlayaraq etiraz aksiyaları keçirilir.

Gununsesi.info