
İranın Tehran şəhərində Qandi xəstəxanasının bir neçə mərtəbəsində yanğın baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə paytaxtın təhlükəsizlik xidmətinin nümayəndəsi Seyid Cəlal Maleki ISNA agentliyinə məlumat verib.
“Bir neçə dəqiqə əvvəl eyniadlı küçədə yerləşən Qandi Xəstəxanasında yanğın baş verib”, – Maleki bildirib.
Onun sözlərinə görə, hadisə yerinə bir neçə yanğınsöndürən maşın gedib.
Yanğının səbəbləri və ölənlər barədə hələlik məlumat verilmir.
Gununsesi.info