Tehrandakı səfirliyimizə edilən terror aktında şəhid olan Orxan Əsgərov kimdir?

  • By admin
  • 27 Yanvar 2023 13:10

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun atası həkimdir.

Gununsesi.info xəbər verir ki, onun atası Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovdur.

Artıq həkimə məlumat verilib. O, paytaxta yola düşüb.

O.Əsgərovun ölümü barədə hələ ki anasının məlumatı yoxdur.

O, vaxtilə ölkəmizin Moskvadakı diplomatik missiyasında da çalışıb.

Gununsesi.info