İrana qarşı sanksiyaların tətbiqində rol oynamış ən azı dörd qurum və Avropanın 15 rəsmisi sanksiyalar siyahısına əlavə olunacaq.
Gununsesi.info “TASS”-a istinadla xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib:
“Tehran Aİ-yə qarşı cavab sanksiyaları tətbiq edəcək, bura 15 fiziki şəxs və 4 təşkilat daxil olacaq”.
Bundan əvvəl bildirilmişdi ki, Avropa Komissiyası oktyabrın 20-21-də keçiriləcək Aİ sammitində Rusiyaya PUA-lar verdiyinə görə İrana qarşı yeni sanksiyalar layihəsini müzakirəyə təqdim edəcək.
Gununsesi.info