Tehrandan Moskvaya sərt təpki

  • By admin
  • 23 Avqust 2016 12:25

tehran

 

Tehran Moskvanı razılaşmanı pozmaqda ittiham etdi

İranın Müdafiə naziri Hüseyn Dehqan Rusiyanın Həmədan aviabazasından istifadə edilməsinin gizli saxlanması ilə bağlı  razılaçmanı pozmaqda ittiham etdi.

Gununsesi.info “ahaber”-ə istinadən xəbər verir ki, iranlı nazir dövlət televeziyasına açıqlamasında  deyib ki, razılığa əsasən Rusiya Həmədandakı avibazadan istifadəni gizli saxlamalı idi, ancaq Moskva bu razılaşmaya riayət etməyərək, Həmədan aviabazasından istifadəni geniş ictimaiyyətə açqladı. Nazir deyib ki, razılaşmaya əsasən Rusiya Həmədandakı aviabazadan  Suriyadakı terrorçulraın mövqeyini vurmaq üçün istifadə ediləcəkdi və bu məsələ gizli saxlanacaqdı.

H.Dehqan onu da əlavə edib ki, 1979-cu il inqilabından sonra ilk dəfə olaraq Tehran ilk dəfə öz hərbi bazalarında xarici ölkəyə istifadəyə razılıq verib.

Qeyd edək ki, bir qrup iranı deputat parlamentin spikeri Əli Laricaniyə müraciət edərək, Rus təyyarrələrinin İran ərazisində yerləşdirilməsini ölkənin Konstitusiyanın kobud surətdə pozulması kimi dəyərləndirib.

 

Gununsesi.info