Tehrandan Türkiyəyə dəstək: ABŞ beynəlxalq hüquqa qarşı hörmətsizliyini biruzə verir FOTO

  • By admin
  • 15 Dekabr 2020 12:07

İran Xarici İşlər naziri Cavad Zərif ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsinə sərt reaksiya verib.

Bu barədə o, “Twitter” hesabında yazıb.

“ABŞ-ın sanksiyalara aludəçiliyi və beynəlxalq hüquqa qarşı hörmətsizliyi yenə özünü büruzə verir.

ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları şiddətlə qınayırıq.

Türkiyə xalqının və hökumətinin yanındayıq. İlk növbədə qonşuluq gəlir”, – deyə iranlı nazir bildirib.

 

 

Gununsesi.org