Dünyada İsrail və yəhudilərə məxsus obyektlərə 20-dən çox hücuma görə məsuliyyəti İran daşıyır.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin MOSSAD kəşfiyyat agentliyinin rəhbəri David Barnea deyib.
O qeyd edib ki, buna görə İsrail “Tehranın ürəyinə” zərbə endirməyə hazırdır.
Təhlükəsizlik konfransında çıxış edən Barnea bildirib ki, son bir ildə İsrail və müttəfiqləri Avropa, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerikada 27 hücumun qarşısını alıblar.
“Bu komandaların həyata keçirdiyi sui-qəsdlər İran tərəfindən təşkil edilib… Biz danışdıqca”İran əlavə hücumlar həyata keçirməyə çalışır”, – o vurğulayıb.
Gununsesi.info