Rusiya ilə İran arasında münasibətlər pozulacaq.
Tezliklə biz Suriya məsələsində Moskva ilə Tehran arasında münasibətlərin pozulacağının şahidi olacağıq.
Gununsesi.info “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunu ABŞ Silahlı qüvvələrinin birləmiş qərəgah rəislərinin rəhbəri Cozef Danford Kolorado ştatında qlobal təhlükəsizliyə həsr olunmuş forumda deyib.
“Rusiya və İranın suriyadakı birgə nigahı uzun sürməyəcək və tez bir zamanda pozulacaq. Çünki İran bölgədə bir şey, Rusiya isə tamamilə fərqli bir şey istəyir. Ona görə də bu ölkələrin maraqların uzlaşdırmaq elə də asan olmayacaq”- deyə, Danford vurğulayıb.
Tehranın İraq üzərindəki siyasi nəzarəti ilə razılaşmayan Danford deyib ki, Vaşinqtonun Bağdada verdiyi dəstək İraqın həm müstəqilliyini, həm də təhlükəsizliyini təmin etmək üçün kifayət qədər imkanlar yaradır.
Mürtəza
Gununsesi.info