Teleaparıcı müdafiə naziri oldu

  • By Günel
  • 25 Yanvar 2025 09:18

Pit Heqset ABŞ-nin növbəti müdafiə katibi seçilib.

Gununsesi.info xəbər verir ki, senatda keçirilən səsvermə zamanı o, minimum səslə bu vəzifəyə təyin olunub.
Belə ki, 50 səs lehinə, 50 səs əleyhinə olan səsvermədə bərabərliyi vitse-prezident Ceyms Devid Vensin verdiyi son səs pozub.

Bu hadisə ABŞ tarixində ikinci dəfə baş verir. 2017-ci ildə də vitse-prezident Mayk Pens Betsi Devosun təhsil departamentinə təsdiqlənməsi üçün keçirilən səsvermədə bərabərliyi onun xeyrinə dəyişmişdi.

Qeyd edək ki, səsvermə Pentaqonun yeni rəhbərinə qarşı içki aludəçiliyi və qadınlara qarşı aqressiv davranış iddiaları fonunda baş tutub.

Bildirək ki, Pit Heqset uzun müddət “Fox News” telekanalında aparıcı kimi fəaliyyət göstərib.(Bizim.Media)

Gununsesi.info