Teleaparıcı Vüsalə Əlizadənin qardaşı yol qəzasında öldü – FOTO

  • By admin
  • 16 Avqust 2021 00:13

Astarada yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Şahağacı kəndi ərazisində qeydə alınıb.

Bakı sakini olan Əlihüseyn Rafail oğlu Əlizadənin idarə etdiyi 90-MZ-032 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq əvvəl ərazidən keçən qaz xəttinə, sonra isə işıq dirəyinə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info-nun  əldə etdiyi xəbərə görə, Əlihüseyn Əlizadə ATV-nin tanınmış aparıcısı Vüsalə Əlizadənin qardaşıdır.

Allah rəhmət etsin!

Gununsesi.info