Telefon almağa gedən tələbəni döyüb pulunu aldılar

  • By admin
  • 09 Noyabr 2017 19:50

Moskvada tələbə sırada gözləmədən yeni çıxmış iPhone X almaq istəyib, amma əvəzində döyülüb və pulunu itirib.

Gununsesi.info xəbər verir ki, 22 yaşlı Vladimir Ostrovkin yeni Apple telefonunu çıxdığı ilk gün almaq istəyirdi. Sırada gözləməyə səbri çatmayan gənc sıranın önündən bir nəfərlə danışaraq ona 93 min rubl pul verib.

Lakin işlər heç də gənc oğlanın planlaşdırdığı kimi getməyib. Sıra Vladimirin pulu verdiyi insana çatanda mağazada telefonlar qurtarır. Çıxıb getməyi qərarlaşdıran naməlum şəxsdən pulunu geri istəyən gənc tələbə daha sonra başına gələcəklərdən xəbərsiz idi. Çünki naməlum şəxs onə pulunu qaytarmağı düşünmürdü. Bir müddət bir-biri ilə mübahisə etdikdən sonra Vladimiri döyən naməlum şəxs gənc oğlana pulunu qaytarmadan çıxıb gedib.

Gununsesi.info