
Mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən sentyabrın 23-də Bakı şəhər sakini Ruhanə Quliyevanın çantasından mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan İsmayılov tutulub.
Anar
Gununsesi.info