
Bomba həyəcanı nəticəsində 72 müəssisədə çalışan işçilər evakuasiya edildi. Evakuasiya edilən müəssisə içində 28 orta məktəb və 2 uşaq bağçası da var.
Gununsesi.info rbc-ya istinadən xəbər verir ki, “telefon terrorist”ləri 28 orta məktəbə və 2 uşaq bağçasına “hücum” edib.
Yekaterinburq şəhər dumasının sədri Yevgeni Royzman öz twitter səhfəsində yazıb ki, bu gün Yekaterinburqda “telefon terrorçu”ları tərəfindən dövlət müəssisələrinə onlarla zəng edilərək bomba qoyulması barədə məlumat verilib.
Telefon zənglərindən sonra Yekaterinburqdakı iri ticarət mərkəzləri, ali məktəblər, kolleclər, onlarla orta məktəb və uşaq bağçaları, hətta yeri hakimiyyət orqanları, regional nazirliklərin binasında çalışanlar da evakuasiya edilib.
Gununsesi.info