Telegram 500 milyon istifadəçiyə çatdı – YENİ ÖDƏNİŞLİ FUNKSİYALAR GƏLİR

  • By admin
  • 29 Dekabr 2020 22:12
“Xeyli xərclərə baxmayaraq Telegram Whatsapp platforması kimi satılmayacaq”.

Bu sözləri Telegramın təsisçisi Pavel Durov deyib.

Onun sözlərinə görə, 500 milyon aktiv izləyicisi olan tətbiqin illik xərcləri çoxdur və serverləri ayaqda tutmaq üçün yüz milyonlarla vəsait tələb olunur. Bütün bunları nəzərə alaraq, Telegram çox yaxında Biznes Hesab (business account) funksiyasını istifadəyə verəcək.

Bundan əlavə, hazırda Telegram-da ödənişsiz olan bütün xidmətlər elə bu cür də qalacaq. Digər detallar barədə isə təqdimatda məlumat veriləcək.

Gununsesi.info